ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə davam edir. İran iki ölkənin hücumlarına cavab olaraq İsraili və bölgədəki ABŞ bazalarını vurur.
Son məlumatlara görə, Omanın Salalah limanındakı neft anbarlarına pilotsuz təyyarə ilə zərbə endirilib. Hücumdan sonra obyektdə böyük yanğın güclü verib. Ölən və yaralananlar barədə hələlik heç bir açıqlama verilməyib. Hücumun hansı ölkə tərəfindən həyata keçirildiyi də açıqlanmır.
TAHİR