İran Polisinin rəisi Ahmadreza Radan etiraz aksiyalarına çıxmaq istəyənlərə sərt xəbərdarlıq edib.
Onun sözlərinə əsasən, aksiyanın hər bir iştirakçısı nümayişçi kimi deyil, “düşmən” kimi qəbul ediləcək. Etiraz aksiyalarına çıxmaq istəyənləri hədələyən Radan deyib ki, “qüvvələrimizin barmağı tətikdədir”.
Qeyd edək ki, , İranda ABŞ və İsrailin koordinasiyalı hərbi əməliyyatı başladıqdan sonra, hər iki ölkənin liderləri Tramp və Netanyahu açıq şəkildə İran xalqını İran rejiminə qarşı küçələrə çıxmağa çağırıb.
Sonuncu dəfə belə bir çağırış edən Netanyahu iranlıları hazırki məqamdan faydalanmağa çağırıb. “İran xalqı, biz azadlıq uğrunda tarixi müharibə aparırıq. Bu, Ayətullah rejimini devirmək və azadlıq qazanmaq üçün unikal fürsətdir. Vaxt gələndə və həmin vaxt yaxınlaşır, məşəli sizə ötürəcəyik. Bu məqamdan faydalanmağa hazır olun” - deyə Netanyahu sosial şəbəkə hesabında yazıb.
TAHİR