ABŞ İrana qarşı quru əməliyyatının masada olduğu mesajını verib. Ağ Evin sözçüsü Karolin Livitt, Trampın İrana qoşun göndərmək variantını istisna etmədiyini deyib.
Jurnalistlərin ABŞ-ın İrana hücumlarının nə vaxt bitəcəyi ilə bağlı suallarını cavablandıran Livitt, İranın ABŞ üçün heç bir təhlükə yaratmadığından əmin olmaq istədiklərini deyib.
"Prezident, hərbi məqsədlərə tam nail olunduğunda və bunu desələr də, deməsələr də İranın qeyd-şərtsiz təslim olma nöqtəsinə çatdığını müəyyən etdikdə əməliyyatlar başa çatacaq" – deyən Livitt əvvəllər elan etdikləri 4-6 həftəlik müddətdən xeyli irəlidə olduqlarını iddia edib.
Trampın neft qiymətlərinin artmasına görə ABŞ-da benzinin bahalaşması ilə bağlı vəziyyəti yaxından izlədiyini deyən ABŞ sözçüsü, İranla hərbi prosesin başa çatmasından sonra neft və benzin qiymətlərinin sürətlə düşəcəyini iddia edib.
Onun sözlərinə görə, Trampın əmri ilə ABŞ ordusu Hörmüz boğazını açıq saxlamaq üçün əlavə variantlar hazırlayır. "ABŞ Hərbi Dəniz Qüvvələri hələlik boğazda heç bir tanker və ya gəmini müşayiət etməyib, lakin bu, bir variantdır. Prezident zəruri hallarda bu variantdan mütləq istifadə edəcəyini bildirib" – deyə Leavitt bildirib.
Leavit İran hökumətinə xəbərdarlıq edib ki, əgər Hörmüz boğazından neft axınının qarşısını almaq üçün hər hansı bir addım atsa, Amerika ordusu tərəfindən daha sərt şəkildə hədəfə alınacaq.
TAHİR