Ukrayna Prezidenti Zelenski Rusiya ilə İran arasında hərbi əməkdaşlığın dərinləşdiyini bildirərək, Moskvanın Tehrana raket və hava hücumundan müdafiə dəstəyi verə biləcəyini iddia edib.
Zelenski Rusiyanın İrana qoşun göndərmə ehtimalının da olduğunu qeyd edib.
"Rusiya İran rejimini dronlarla dəstəkləməyə başlayıb. Onlar mütləq raketlərlə kömək edəcəklər və həmçinin hava hücumundan müdafiə ilə də kömək edirlər. Növbəti addım nədir?" - deyə Ukrayna Prezidenti bildirib.
Şimali Koreyanın Rusiyaya qoşun göndərməsinə nümunə olaraq Zelenski oxşar ssenarinin İran-Rusiya oxunda da baş verə biləcəyini deyib: “Mövcud vəziyyəti nəzərə alsaq, ortaya belə bir sual çıxır: İran rejimini ilk olaraq hansı ölkə qoşun göndərərək dəstəkləyəcək və nə vaxt? Şimali Koreyanın 10 min əsgər göndərdiyi Rusiyada olduğu kimi... Bu qoşunlar hazırda Rusiyada yerləşdirilib, onlar Ukraynaya göndərilə bilərlər. Eyni şey İranda da baş verə bilər, Rusiya ora qoşun göndərə bilər”.
Tahir TAĞIYEV