Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) açıqlamasına görə, Hörmüz boğazı yaxınlığında ticarət gəmisi mərmi ilə zədələnib.
"UKMTO, BƏƏ-nin Ras əl-Xaymə şəhərindən 25 dəniz mili şimal-qərbdə baş verən hadisə barədə məlumat alıb. Konteyner gəmisinin kapitanı gəminin, ehtimal ki, naməlum mərmidən zərər gördüyünü bildirib. Zərərin dərəcəsi hazırda məlum deyil, lakin heyət araşdırma aparır. Kapitan həmçinin bütün heyət üzvlərinin təhlükəsiz və nəzarətdə olduğunu bildirir. Gəmilərə üzərkən ehtiyatlı olmaları və səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalarını davam etdirərkən hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - açıqlamada bildirilir.
Xatırladaq ki, 2 martda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) general-mayoru İbrahim Cabari xəbərdarlıq edib ki, dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının İsrail və ABŞ-ın İslam Respublikasına qarşı hərbi əməliyyatları səbəbindən gəmiçilik üçün bağlanacağını elan etmişdi. 5 martda isə İranın xarici işlər naziri Abbas Əraqçi boğazın bağlanmadığını, gəmi və tankerlərin hər iki tərəfin hücumlarından qorxaraq onu keçməyə cəhd etmədiyini bildirdi. 10 martda İİKK Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri Hörmüz boğazının ABŞ və İsraillə əlaqəli bütün gəmilər üçün bağlandığını elan etdi.
SAMİRƏ