ABŞ, İsrail və İran arasında müharibə getdikcə daha da şiddətlənir. ABŞ prezidenti Trampın “müharibədə əhəmiyyətli uğurlar qazanıldığı”, "müharibə əsasən bitdi" açıqlamalarının əslində boş ritorika olduğu aydın olub.
Belə ki, İrana hücumlarını artıran ABŞ, üçüncü təyyarədaşıyan gəmisinin də bölgəyə doğru yola düşdüyünü açıqlayıb.
Bundan əlavə, xarici media müharibənin növbəti mərhələsində İrandakı mülki şəxslərin də hədəfə alına biləcəyi bildirir.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Gerald R. Ford" gəmisi Qırmızı dənizdən, "USS Abraham Lincoln (CVN-72)" təyyarədaşıyan gəmisi isə Oman körfəzindən İrana zərbələr endirir.
TAHİR