İrana qarşı ABŞ-İsrail hücumlarından sonra İraqda gündəlik neft hasilatının təxminən 60% azaldığı açıqlanıb.
İraq Neft Nazirliyinin Sahə və Lisenziyalaşdırma İşləri Şirkətinin baş direktor müavini Əbdülhəsən Kərim bildirib ki, ABŞ-İsrail hücumlarından sonra ölkədə neft hasilatı təxminən 60% azalaraq gündə 3,3 milyon bareldən 1,3 milyon barelə düşüb.
O, bildirib ki, Bəsrə əyalətinin cənub-qərbindəki Bercisiyə neft yatağı iki dron tərəfindən hədəfə alınıb və bölgədə fəaliyyət göstərən xarici şirkətlərdən birinin anbarlarına ziyan dəyib, lakin neft hasilatı müəssisələrinə təsir göstərilməyib.
Qeyd edək ki, İraq 3 mart tarixində Hörmüz boğazının bağlanmasına görə ixracın azalması səbəbindən xam neft hasilatını azaldacağını açıqlayıb.
TAHİR