İran martın 4-də Şri-Lanka yaxınlığında üzərkən ABŞ tərəfindən hücuma məruz qalan "IRIS Dena" freqatından 104 əsgərinin öldüyünü və 20 əsgərin itkin düşdüyünü açıqlayıb.
İran Ordusu Hindistanda keçirilən Milan 2026 təlimindən qayıdarkən ABŞ-ın Virciniya sinifli hücum sualtı qayığı tərəfindən batırılan "IRIS Dena" freqatının hücuma məruz qaldığını bildirib. İran Ordusu bildirib ki, "IRIS Dena" freqatında ümumilikdə 136 heyət üzvü olub və 32 heyət üzvü xəsarət alaraq sağ qalıb.
ABŞ-ın Virciniya sinifli hücum sualtı qayığı 4 martda Şri-Lanka sahillərində İran Hərbi Dəniz Qüvvələrinin "IRIS Dena" freqatını batırıb.
TAHİR