ABŞ və İsrailin İran neft anbarlarına hücumlarından sonra Tehran administrasiyası ölkənin hədəf strategiyasının dəyişdiyini və yeni hədəfləri açıqlayıb.
İranın yarı-rəsmi Fars Xəbər Agentliyinə danışan İran rəsmisi, İranın indiyə qədər əsasən ABŞ və İsrail hərbi obyektlərini hədəf aldığını, lakin son hadisələrdən sonra bu yanaşmanın dəyişə biləcəyini bildirib.
"İran hədəf siyahısını dəyişdirir. Artıq hərbi hədəflərlə məhdudlaşmayacaq, ABŞ-ın bölgədəki kapitalı da hədəfə alınacaq" - deyə rəsmi bildirib.
Bu qərarın ABŞ və İsrail rəsmilərinin son açıqlamalarından və İran xalqına qarşı təhdidlərindən sonra verildiyi bildirilib.
Bu arada, ABŞ və İsrailin dünən gecə İran neft infrastrukturunu hədəf alan hücumlarında paytaxt Tehran və ətrafındakı bir çox obyektə ziyan dəydiyi bildirilir. Şahran Neft Anbarına ciddi ziyan dəydiyi və bəzi ərazilərdə yanğınların baş verdiyi bildirilir.
Müşahidəçilər bölgədə gərginliyin artdığını, İranın yeni hədəf strategiyasının münaqişənin əhatə dairəsini daha da genişləndirə biləcəyini bildirirlər.
TAHİR