Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrail mediasında İranda su təmizləyici obyektə zərbə endirdiyinə dair iddiaları təkzib edib.
BƏƏ Federal Milli Şurasının Müdafiə İşləri Komitəsinin rəhbəri Əli ən-Nuaimi X platforması vasitəsilə verdiyi açıqlamada xəbərlərin yalan olduğunu bildirib: "Bu xəbər yalandır. Bir şey etdikdə, onu elan etməyə cəsarətimiz çatır".
İsrailin yerli televiziya kanalı olan "Channel 15" adı açıqlanmayan mənbələrə istinadən BƏƏ-nin İranda su təmizləyici obyektə hücum etdiyini iddia edib.
Tahir TAĞIYEV