İranın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi Səid İrəvani BMT-də ABŞ-İsrail hücumları başlayandan bəri İranda ən azı 1332 mülki şəxsinin həyatını itirdiyini və minlərlə insanın yaralandığını açıqlayıb.
İran Qırmızı Aypara Cəmiyyəti ölənlərin təxminən 300-ünün uşaq olduğunu bildirib.
Qeyd edək ki, Tehran və Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hava hücumlarına başlayıb. İran buna cavab olaraq İsrail hədəflərinə, eləcə də ABŞ-ın bölgədəki bazalarına və hədəflərinə zərbələr endirir.
Tahir TAĞIYEV