İranın Ekspertlər Məclisi ötən həftə ABŞ-İsrail hava hücumunda öldürülən Ali Lider Ayətullah Əli Xameneinin yerinə kimin təyin olunacağına dair qərarı demək olar ki, verib. Bu barədə İran mediası yüksək vəzifəli ruhaninin bəyanatına istinadən məlumat yayıb.
Ekspertlər Məclisi 88 yüksək rütbəli dini xadimdən ibarətdir. Onlara Xameneinin əvəzləyicisini seçməsi tapşırılıb.
Məlumatda, bəzi prosedur maneələri həll etmək lazım olsa da, “qərarların əksəriyyətinin” artıq əldə edildiyi bildirilir.
TAHİR