Osloda ABŞ səfirliyi yaxınlığında güclü partlayış baş verib.
“Reuters” agentliyi xəbər verir ki, hadisə yerli vaxtla saat 01:00-da konsulluğun girişinin yaxınlığında baş verib. Partlayış diplomatik nümayəndəliyin binalarından birinə cüzi ziyan vurub. İnsident nəticəsində xəsarət alan olmayıb.
Partlayış yerini və ətraf ərazi polislər, pilotsuz uçuş aparatları və helikopterlərlə nəzarətə götürüb. Polis bir və ya bir neçə potensial cinayətkarı axtarır.
Oslo polisi rəisi, “TV2” kanalına bildirib ki, partlayıcı qurğunu bir şəxs işə salıb və istintaq aparılır.
Bununla yanaşı, bəyanatda qeyd olunub ki, ərazidə əlavə partlayıcı qurğu aşkar edilməyib. Hazırda istintaq aparılır.
TAHİR