İsrail təhlükəsizlik mənbələri İranın Ali Lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin hava hücumunda yaralandığını iddia edib.
İsrail mətbuatında yer alan xəbərlərə görə, Müctəba Xameneinin bu həftə həyata keçirilən hücumlardan birində hədəfə alındığı güman edilir. “Times of Israel” qəzetinin məlumatına görə, İsrail rəsmiləri Xameneinin hücumdan sağ çıxdığına, lakin yaralandığına inanırlar.
İran siyasətinin ən nüfuzlu simalarından biri hesab edilən Müctəba Xamenei, atası Ayətullah Əli Xameneinin ölkənin yeni dini lideri vəzifəsinə ən güclü namizədlərdən biri hesab olunur.
“New York Times” qəzeti İranda yüksək vəzifəli ruhanilərin yeni dini lideri müəyyən etmək üçün danışıqlar apardığını və qərarın tezliklə elan edilə biləcəyini yazıb.
Bu arada, İranın müxalifət media orqanı olan “Iran International”, Ekspertlər Assambleyasının Müctəba Xameneini öz varisi seçdiyini iddia edib. Xəbərdə bu iddianın "məlumatlı mənbələrə" əsaslandığı bildirilir.
"New York Times" qəzetinə verdiyi müsahibədə bəzi İran rəsmiləri bildiriblər ki, Müctəba Xameneinin lider təyin olunması ilə bağlı ruhanilər arasında fikir ayrılıqları var. Əsas narahatlıq odur ki, belə bir qərar Müctəba Xameneini ABŞ və İsrail üçün daha həssas bir hədəfə çevirə bilər.
Tahir TAĞIYEV