İsrailin Tehrandakı bir neft emalı zavoduna hücum etməsi xəbərlərindən sonra İnqilab Keşikçiləri Korpusu Hayfa Neft Emalı Zavodunu hədəf alıb.
İran İnqilab Keşikçiləri Korpusu Hayfa Neft Emalı Zavodunun “Xayberşiken” raketi ilə vurulduğunu açıqlayıb.
Bu arada, Fars Xəbər Agentliyinə danışan Neft Nazirliyinin adı açıqlanmayan bir rəsmisi, hücumlarda Tehran və Kərəcdəki üç neft anbarının hədəf alındığını təsdiqləyib.
İsrail KAN dövlət televiziyası da İsrail ordusunun Tehrandakı neft anbarlarını və neft emalı zavodlarını vurduğunu açıqlayıb.
Tahir TAĞIYEV