İsrailin müdafiə naziri İsrael Katz, Livan prezidenti Cozef Auna müraciət edərək, Hizbullah silahı yerə qoymayacağı halda, Livan hökumətinin bunun bədəlini ödəyəcəyini bildirib.
Auna İsrailin İranla yanaşı Livana da hücumlar başlatdığını xatırladan Katz, ona hədə dolu mesaj göndərib: "Siz və tərəfiniz razılaşmanı yerinə yetirmək və Hizbullahın tərksilah edilməsini təmin etmək öhdəliyi götürdünüz, amma bu baş vermir. Əgər bu belə davam edərsə, bədəlini Livan hökuməti və bütün Livan ödəyəcək".
Katz, Livan hökuməti hərəkətə keçməsə, ölkəyə hücumların gücləndirəcəkləri mesajını verib. Nazir İsrailin Livana qarşı ərazi iddiası olmadığını və oradan İsrailə hücumların edilməsinə icazə verməyəcəyini bildirib.
TAHİR