ABŞ Prezidenti Donald Tramp gündə İran aid 42 gəmiyə zərbə endirdiklərini iddia edib.
"Biz İranın 42 dəniz gəmisini vurduq, bəziləri çox böyük gəmilər idi. Onların hava qüvvələrini məhv etdik, bütün rabitə sistemləri məhv edildi. İndi onların necə əlaqə qurduğunu bilmirəm. Onlar pis insanlardır, 7 oktyabr və ondan sonrakı dövrlər, 47 ildə öldürdüklərinə baxanda bunu etmək lazım idi.
Nüvə silahlarına çox yaxın idilər. Əgər biz B2 zərbəmizi, gecə yarısı zərbə endirməsəydik, buna nail olacaqdılar, səkkiz ay əvvəl nüvə silahlarına sahib olacaqdılar və dəli olduqları üçün də nüvə silahlarından istifadə edəcəkdilər. Buna görə, dünyaya yaxşılıq etdik. 0-dan 10-a qədər hücumların necə getdiyini soruşurlar, 15 deyirəm. Bu, həqiqətən etməli olduğumuz bir şey idi və biz çox yaxşı işlər görürük" deyə Tramp bildirib
Tramp bundan əvvəlki açıqlamasında isə iddia edib ki, ABŞ və İsrailin hücumları sayəsində İran Yaxın Şərqdəki qonşularından üzr istəyib və təslim olub: "İran Yaxın Şərqi ələ keçirmək və idarə etmək istəyirdi. Min illər ərzində ilk dəfə olaraq onu əhatə edən Yaxın Şərq ölkələrinə qarşı məğlubiyyətə uğradı".
Tramp "bu gün İran çox ağır zərbə alacaq" ifadəsini işlədərək bildirib ki, İranda indiyə qədər hədəf alınmayan ərazilər və qruplar üçün tam məhv və ölüm riski var.
TAHİR