İran Hörmüz boğazında neft daşıyan daha bir tankerin vurulduğunu bildirib.
İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasına görə, İran Hərbi Dəniz Qüvvələrinin boğazın təhlükəli və nəqliyyatın hərəkətinə bağlı olması barədə dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, Hörmüz boğazından keçməyə çalışan "Prima" neft tankeri dronla vurulub.
İran Baş Qərargahının sözçüsü briqada generalı Əbülfəzl Şikarcı əvvəllər Hörmüz boğazından keçidlə bağlı bunları bildirmişdi: "Hörmüz boğazına iki növ gəminin buraxılmasına icazə verməyəcəyik: Amerika və Sionist rejimlərinə məxsus gəmilər. Əgər onlar keçməyə çalışsalar, zərbələr endiriləcək.
Yalnız iki bayrağın keçməsinə icazə verilmir: Amerika bayrağı və Sionist bayrağı. Digər ölkələr istədikləri bayraq altından keçə bilərlər".
TAHİR