ABŞ və İsrailin İrana hücumları səkkizinci gününə qədəm qoyub. ABŞ-da yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi, hücumların ilk dörd günü üçün ABŞ-a dəyən xərclər barədə təxminlərini paylaşıb.
Məlumatlara görə, İrana hücumların ilk 100 saatı (4 gün) ABŞ-a 3,7 milyard dollara başa gəlib. Bu günə qədər hücumların gündəlik dəyəri təxminən 891,4 milyon dollar olaraq dəyərləndirilir.
Qeyd edilir ki, hava əməliyyatının ilkin mərhələsi, qabaqcıl və yüksək qiymətli sursat və sistemlərin istifadəsi səbəbindən adətən ən bahalı dövrdür. Daha ucuz sursatların istifadəsinə keçildikdə xərclərin azala biləcəyi bildirilsə də, hava əməliyyatlarının ilkin mərhələsinin ümumiyyətlə daha qabaqcıl silahlarla həyata keçirildiyi vurğulanıb.
Bildirilir ki, həm ABŞ prezidenti Donald Tramp, həm də müdafiə naziri Pit Heqset müharibənin bir neçə həftə davam edə biləcəyini bildirdikdən sonra Müdafiə Nazirliyinin hazırkı büdcəsinin uzunmüddətli əməliyyatları qarşılayıb-qarşılamayacağı ilə bağlı narahatlıqlar artırıb.
CSIS-in açıqlamasında deyilirdi: "Burada büdcədən kənar xərclər əhəmiyyətli olacaq. Bu o deməkdir ki, Müdafiə Nazirliyinin müəyyən bir məqamda əlavə maliyyəyə ehtiyacı olacaq, çünki bu münaqişəni daxili mənbələrdən maliyyələşdirmək üçün zəruri büdcə kəsintiləri siyasi və əməliyyat baxımından çətin olacaq".
TAHİR