Yaxın Şərqdə ABŞ və İsrailin İrana hücumlarından sonra başlayan savaşın yeddinci günündə sosial media hesabında açıqlama verən İran Prezidenti Məsud Pezeşkian, bəzi ölkələrin vasitəçilik səylərinə başladığını bildirib.
"Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. Onlara cavabımız aydındır: Biz regionda davamlı sülhə sadiqik, lakin ölkəmizin şərəf və nüfuzunu müdafiə etməkdən çəkinməyəcəyik. İran xalqını saymayaraq müharibəni alovlandıranlar vasitəçilərin əsas hədəfi olmalıdır" - deyə İran prezidenti bildirib.
TAHİR