ABŞ-ın Yaxın Şərqdə İran istehsalı olan kamikaze dronlarına qarşı mübarizə aparmaq üçün Kiyevdən dəstək istəyib.
Bu barədə açıqlama verən Ukrayna Prezidenti Zelenski sosial media paylaşımında ABŞ-ın İran tərəfindən Yaxın Şərqdə buraxılan "Şahad" tipli kamikaze pilotsuz uçuş aparatlarından (PUA) müdafiədə Ukraynadan xüsusi dəstək istədiyini bildirib.
Tələbi aldıqdan sonra hakimiyyət orqanlarına təlimatlar verdiyini deyən Zelenski bildirib ki, lazımi avadanlıqların təmin edilməsi və bölgədə kifayət qədər təhlükəsizliyə zəmanət verə biləcək ukraynalı mütəxəssislərin göndərilməsini əmr edib: “Ukrayna təhlükəsizliyimizi təmin etməyə və xalqımızın həyatını qorumağa kömək edən tərəfdaşlarına kömək edir”.
TAHİR