İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün X hesabından paylaşdığı mesajda, ABŞ-ın İrana qarşı qaldıracağı iddia edilən kürd silahlı qruplarına xəbərdarlıq edib.
"ABŞ cinayətkar İsrail rejimini müdafiə etmək üçün bütün aktivlərini qumara atmaq istəyir. Sağlam düşüncəli heç kim bu qəssabxanaya girməz. Əgər etibarsız separatçılar aldanıb səhv etsələr, tarixin zibil qutusuna atılacaqlar" - deyə Qalibaf bildirib.
“Reuters” agentliyinə telefon müsahibəsində Tramp da kürdlərin İrana hücum etməsini dəstəklədiyini bildirib: "Onların bunu etmək istəmələri əladır, mən bunu tam dəstəkləyirəm"
CNN isə ABŞ mənbələrinə istinadən iddia edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda üsyan qaldırmaq üçün Şimali İraqdakı kürd qruplarından istifadə etməyə çalışır.
Tahir TAĞIYEV