İran rejiminin təslim olacağını iddia edən ABŞ prezidenti Tramp, Kubanın da yıxılacağını deyib.
ABŞ-ın Kuba hökumətini devirmək planı olub-olmadığı sualına, Tramp belə cavab verib: "Bəs siz nə düşünürsünüz? 50 ildir ki, bu, tortun üzərindəki krem kimidir. Mənim üçün bu, kiçik bir məsələdir. Venesuela əla iş görür. Delsi Rodrigez əla iş görür. Onlarla münasibətimiz əladır."
Tramp ABŞ-ın Kubanın kommunist hökuməti ilə əlaqədə olduğunu deyib: "Onların köməyə ehtiyacı var. Kuba ilə danışırıq".
Tahir TAĞIYEV