Şri-Lanka Hərbi Dəniz Qüvvələri İran gəmisinin batdığı yerdə 87 nəfərin cəsədini tapıb.
ABŞ Mərkəzi Komandanlığının rəisi Bred Kuperin sözlərinə görə, 4 mart tarixinə qədər ABŞ ordusu sualtı qayıq da daxil olmaqla 17 İran gəmisini məhv edib. Elə həmin gün İran freqatı IRIS Dena Şri-Lanka sahillərində sualtı qayıq tərəfindən hücuma məruz qalıb və nəticədə ən azı 80 dənizçi həlak olub.
Pentaqon katibi Pit Heqset daha sonra İran freqatının ABŞ sualtı qayığından torpedo ilə batırıldığını etiraf edib.
SAMİRƏ