ABŞ Silahlı Qüvvələri dronların buraxılışı üçün istifadə edilən İran təyyarədaşıyan gəmisinə hücum edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti X sosial media platformasında məlumat verib.
Nəşrdə qeyd edildiyi kimi, gəmi "təxminən İkinci Dünya Müharibəsi dövrünə aid təyyarədaşıyan gəminin ölçüsündə" idi. ABŞ ordusu gəmiyə zərbə endirərək onun alovlanmasına səbəb oldu.
CENTCOM mətbuat xidməti qeyd edib ki, "ABŞ Silahlı Qüvvələri bütün İran Hərbi Dəniz Qüvvələrini məhv etmək missiyasına sadiqdir".
SAMİRƏ