ABŞ və İsraillə müharibənin altıncı günündə İran yeni silah tətbiq edib - Hadid-110 kimi tanınan Şahed-136 pilotsuz təyyarəsinin daha inkişaf etmiş versiyası arsenala verilib.
ABŞ hədəflərinə qarşı əməliyyatlarda istifadə edilən və turboreaktiv mühərriklə təchiz olunmuş Hadid-110 saatda 510 kilometr sürətə çata bilir və daha aşağı radar görünürlüyü sayəsində uğur nisbəti xeyli yüksək sayılır.
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bölgədəki ABŞ hərbi bazalarına hücumlarda ilk dəfə Hadid-110 adlı reaktiv mühərrikli pilotsuz uçuş aparatından (PUA) istifadə etdiyi bildirilir. İran mediası və İİKK-ə yaxın mənbələr dronun Amerika hədəflərinə qarşı əməliyyatlarda istifadə edildiyini bildiriblər.
Tasnim Xəbər Agentliyinin məlumatına görə, Hadid-110-un ən diqqətəlayiq xüsusiyyəti onun turboreaktiv mühərrikidir. Delta formalı dizayna malik pilotsuz təyyarənin saatda təxminən 510 kilometr sürətə çata biləcəyi deyilir və bu da onu İranın arsenalındakı ən sürətli pilotsuz uçuş aparatlarından birinə çevirir.
SAMİRƏ