İran dövlət televiziyasının məlumatına görə, İranın cənubundakı Hörmüzqan əyalətinin Minab şəhərindəki Şəcərət əl-Tayyibə İbtidai Qızlar Məktəbinə düşən raket nəticəsində ölənlərin sayı 51-ə çatıb. Onlarla yaralının olduğu bildirilir. Məlumata görə, şəhərdə İnqilab Keşikçiləri Korpusunun bazası var və hədəf də həmin baza olub. Həmçinin Qəzvin əyalətinin Abyek şəhərindəki bir məktəbin hücumlarda hədəf alındığı bildirilib. Həmin hücumda bir şagird həlak olub, yaralanan bir neçə şagird isə xəstəxanada müalicə alır.
SAMİRƏ