İran mediası İsrail və ABŞ hücumları zamanı prezident sarayı və Ali Rəhbər Ayətullah Xameneyinin iqamətgahının yaxınlığında yeddi raket atıldığını bildirib.
“New York Times” qəzeti Xameneyinin iqamətgahının son görüntülərini yayıb. “Airbus Defence and Space” şirkətinə məxsus peyk görüntüləri göstərir ki, bu səhər ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlar nəticəsində Xameneyinin Tehrandakı iqamətgahı tamamilə dağıdılıb.
Bu arada, Britaniya mediası, Xameneyinin Tehranda olmadığını iddia edib. Bildirilir ki, Xameneyi İsrail və ABŞ hücumları başlamazdan əvvəl paytaxtdan çıxarılaraq təhlükəsiz bölgəyə aparılıb.
TAHİR