İran və ABŞ arasında danışıqlar davam etdiyi bir vaxtda, İsrail və ABŞ səhər tezdən İrana birgə hücuma başlayıblar.
İsrail Müdafiə Nazirliyi İrana qarşı "qabaqlayıcı zərbə" endirdiyini açıqladıqdan sonra ABŞ prezidenti Donald Tramp da İrana qarşı "böyük əməliyyat" başlatdıqlarını bildirib.
Hücumlar paytaxt Tehran, İsfahan, Qum, Kərəc, Təbriz, Buşehr, Kirmanşah və İlam şəhərlərini hədəf alıb.
İran da əks hücuma başlayıb. İsrailə onlarla ballistik raketlə zərbələr endirilib. Regiondakı ölkələrə yer alan ABŞ bazaları bombalanıb.
Bu arada, Rusiya artan gərginliyə sərt reaksiya verib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ı hərbi əməliyyatlardan əvvəl İranla nüvə danışıqlarından "kamuflyaj" kimi istifadə etməkdə günahlandırıb: "Sülh elçisi bir daha əsl simasını göstərdi. İranla bütün danışıqlar kamuflyaj əməliyyatıdır. Heç kim buna şübhə etmirdi. Əslində, heç kim heç nədə razılığa gəlmək istəmirdi".
TAHİR