ABŞ-İsrail birgə hücumundan sonra Tehran rejimi bölgədəki ABŞ bazalarına hücuma başlayıb. Küveyt və Bəhreyndə, eləcə də Birləşmiş Ərəb Əmirliklərində partlayışlar baş verib. Bəhreyn hökuməti ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahının raket hücumuna məruz qaldığını təsdiqləyıb.
Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri hava məkanlarını bağlayıblar. AFP xəbər agentliyi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayışlar olması barədə məlumat verib. Qətər hava məkanında isə bir İran raketi zərərsizləşirilib.
Əl-Cəzirəyə danışan adı açıqlanmayan yüksək vəzifəli İran rəsmisi bildirib ki, "Bölgədəki bütün Amerika və İsrail aktivləri və maraqları qanuni hədəflərə çevrilib. Bu hücumdan sonra qırmızı xətlər yoxdur və əvvəllər ağlasığmaz ssenarilər də daxil olmaqla hər şey mümkündür".
İran rəsmisi əlavə edib ki, "Amerika-İsrail birgə hücumundan təəccüblənmədik və vaxt məhdudiyyəti olmadan hərtərəfli cavab veririk".
İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına İranın ABŞ və İsrail hücumlarına cavab olaraq başlatdığı ballistik raket hücumlarının bir hissəsi olaraq zərbə endirilib.
TAHİR