Pakistan sərhəd bölgəsində artan toqquşmalardan sonra Əfqanıstana açıq müharibə elan edi. İki ölkə arasında gecə boyu şiddətli döyüşlərdən sonra Pakistan ordusu son məlumatları paylaşıb.
Pakistan Ordusunun sözçüsü toqquşmalarda 228 Taliban əsgərinin öldürüldüyünü və 314-ünün yaralandığını açıqlayıb. Sözçü 74 Taliban mövqeyinin məhv edildiyini və 18-nin əsir götürüldüyünü bildirib və Pakistan tərəfində 27 nəfərin yaralandığını əlavə edib.
Pakistanın İnformasiya Naziri Attaullah Tarari Pakistanın üç şəhərinə pilotsuz təyyarə hücumlarının edildiyini bildirib: "Abbotabad, Svabi və Nouşerada kiçik pilotsuz təyyarələr vurulub. Heç bir itki və ya ziyan olmayıb".
Pakistanın keçmiş maliyyə naziri Miftah İsmayıl Pakistan hökumətinin və xalqının Əfqanıstan vətəndaşlarına qarşı heç bir düşmənçiliyinin olmadığını deyib: "Lakin Pakistanı bu münaqişəyə məcbur edən Talibandır. Sərhədin hər iki tərəfindəki günahsız mülki şəxslərin rifahı naminə ümid edirəm ki, Taliban Pakistana qarşı hücumlarını və terrorunu dayandıracaq".
Bu arada, dünyanın hər yerindən ölkələr və liderlər Pakistan və Əfqanıstanı dünən gecə başlayan qarşıdurmalarda təmkinli olmağa çağırıblar.
TAHİR