ABŞ-ın vitse-prezidenti J.D. Vens "The Washington Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, İrana hücum edəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdə uzunmüddətli müharibəyə cəlb olunacağı ehtimalı azdır.
"Yaxın Şərqdə uzun illər sonu görünməyən bir müharibəyə cəlb olunacağımızın ən kiçik ehtimalı da yoxdur", - deyə o bildirib.
ABŞ prezidenti Donald Trampın İrana qarşı hansı tədbirlər görəcəyini bilmədiyini deyən siyasətçi əlavə edib ki, mümkün variantlara həm "İranın nüvə silahı əldə etməməsini təmin etmək üçün" hərbi zərbələr, həm də problemin "diplomatik vasitələrlə" həlli daxildir.
"Düşünürəm, hamımız diplomatik varianta üstünlük veririk, amma bu, həqiqətən də iranlıların nə etməsindən və nə deməsindən asılıdır"- o deyib.
SAMİRƏ