Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Akopyanın onların yollarını ayırmaları barədə açıqlamasını təsdiqləyib.
Paşinyan öz rəsmi “Facebook” səhifəsində Annanın qərarına hörmətlə yanaşdığını bildirib.
“Son 30 il ərzində mənim bütün çətin günlərimdə o, yanımda olub, mənim dayağım və arxam olub. Onun üçün mənim də belə olub-olmadığıma əmin deyiləm. Bəlkə də ona daha çox üzüntü yaşatmışam və buna görə üzr istəyirəm”,- deyə Paşinyan yazıb.
Qeyd edək ki, bu gün səhər Anna Akopyan Paşinyanla evliliyinin bitdiyini elan etdiyi bir video yayımladı. O, həmçinin hökumət bağ evindən ayrıldığını da açıqlayıb.
TAHİR