İranda rejimə müxalif qrupu olan İran Xalq Mücahidləri Təşkilatı (XMT) fevralın 23-də gecə paytaxt Tehranda İran lideri Əli Xameneyinin qərargahına hücum etdiyini açıqlayıb.
ABŞ tərəfindən dəstəklənən təşkilat hücumda 100 üzvünün öldüyünü, yaralandığını və ya həbs olunduğunu bildirib. Təşkilat iddia edir ki, 150-dən çox döyüşçüsü təhlükəsiz şəkildə bazalarına qayıdıblar.
Hücuma məruz qalan binada Xameneyinin qərargahı, Konstitusiya Keşikçiləri Şurası, Ekspertlər Məclisi, Kəşfiyyat nazirinin ofisi və başqa bir neçə dövlət qurum yerləşir.
İran mediası da hücumu təsdiqləyib, ancaq hadisənin genişmiqyaslı olmadığını bildirib.
TAHİR