ABŞ İrana qarşı mümkün əməliyyatla əlaqədar Yaxın Şərqə 20-dən çox hərbi gəmi göndərib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mümkün hücumla bağlı Yaxın Şərqdəki bazalarına 300-dən çox qırıcı və digər hərbi təyyarələr göndərdiyini açıqlayıb.
Ötən həftə ABŞ hökuməti RC-135 Rivet Joint siqnal kəşfiyyat təyyarələri, P-8 Poseidon dəniz patrul təyyarələri, MQ-9 Reaper silahlı pilotsuz uçuş aparatları və F-15, F-35 və EA-18 qırıcı təyyarələrini bölgədəki müxtəlif hərbi hava bazalarına yerləşdirildiyini, eyni zamanda Aralıq dənizi və Oman sahilləri boyunca döyüş gəmilərinin sayının 20-yə çatdırıldığını elan etmişdi.
Bölgədə aktiv şəkildə mövcud olan gəmilərdən əlavə, CENTCOM göndərilən reaktiv və digər hərbi təyyarələrlə bağlı təfərrüatları da açıqlayıb.
Qırıcı və hücum təyyarələri F/A-18E - 84 ədəd F/A-18F F-16 - 48 ədəd F-35A - 42 ədəd F-35C F-15E - 36 ədəd F-151 C/D - 66 ədəd F-22 - 12 ədəd A-10 Thunderbolt II - 12 ədəd
Havadan erkən xəbərdarlıq, elektron müharibə və Müşahidə E-3G Sentry - 6 ədəd EA-18G Growler - 18 ədəd EA-11A BACN - 5 ədəd EL/M-2075 “Phalcon” - 2 ədəd G550 CAEW “Eitam” - 2 ədəd G550 SEMA “Shavit” - 4 ədəd
Dəniz patrul və pilotsuz hava vasitələri
P-8A Poseidon - 3 və ya daha çox MQ-4C Triton - 1 ədəd
Nəqliyyat və yanacaqdoldurma təyyarəsi KC-46 KC-135 KC-707 (14 ədəd) KC-130H HC-130J
Yüngül/xüsusi missiyalı təyyarə B200 “Super King Air” - 13 ədəd
TAHİR