Vaşinqton administrasiyasının Şərqi Aralıq dənizinə göndərdiyi ikinci bir təyyarədaşıyan gəmidə texniki problemlər ortaya çıxıb. Belə ki, Yunanıstana çatdığı bildirilən 13 milyard dollarlıq USS Gerald Ford-un 240 gündən çox davam edən yerləşdirmə müddəti göyərtədə bəzi texniki problemlər yaratdığı, 4600 şəxsi heyəti olan təyyarədaşıyan gəminin tullantıların utilizasiya sistemində nasazlıqlar olduğu iddia edilir.
Təqaüdçü Kontr-admiral Mark Montqomeri bildirib ki, sülh dövründə təyyarədaşıyan gəmilərin yerləşdirmə müddəti adətən altı aydır və planlaşdırıcılar, lazım gələrsə, əlavə bir neçə ay da gözləyirlər. Lakin bildirilib ki, USS Gerald Ford-dakı personal səkkiz aydır evdən uzaqdadır və bu da yerləşdirmə müddətinin 11 aya qədər uzadıla biləcəyi ehtimalını artırır. Bu ssenari baş verərsə, gəmi ABŞ Hərbi Dəniz Qüvvələri tarixində ən uzun fasiləsiz yerləşdirmə rekordunu qıra bilər.
Bu arada, bir dəniz rəsmisi izah edib ki, yerləşdirmə zamanı təxminən 650 tualetdən tullantıları vakuum texnologiyasından istifadə edərək daşıyan kanalizasiya sistemi ilə bağlı problemlər yaranıb və nəticədə gündə orta hesabla bir təmir çağırışı edilib.
Hazırda rəsmilər sistemin vəziyyətinin yaxşılaşdığını və yaşanan texniki problemlərin gəminin əməliyyat imkanlarına təsir etmədiyini bildirir.
SAMİRƏ