ABŞ prezidenti Donald Tramp Konqresə etdiyi müraciətdə İranın ABŞ-a çata bilən raketlər hazırlamağa çalışdığını iddia edib.
"Mənim seçimim bu məsələni diplomatiya yolu ilə həll etməkdir. Amma bir şey dəqiqdir: mən heç vaxt dünyanın bir nömrəli terrorizm sponsoru olan bu ölkənin nüvə silahına sahib olmasına icazə verməyəcəyəm"-Tramp bildirib.
11 aylıq vəzifə dövründə səkkiz müharibəyə son qoyduğunu iddia edən Tramp son dövrlərin ən aktual mövzusu olan İranla bağlı mühüm mesajlar verərək, Tehranla danışıqların davam etdiyini, lakin razılaşma əldə edilmədiyi təqdirdə “hər şeyə” hazır olduğunu vurğulayıb.
İranın indi ABŞ-a çata biləcək raketlər hazırlamağa çalışdığını iddia edən Tramp deyib ki, onlara silah proqramlarını, xüsusən də nüvə silahlarını yenidən qurmamaq barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, hər şeyə yenidən başlayırlar.
"Biz iranlılarla danışıqlarımızı davam etdiririk. Onlar razılaşmaq istəyirlər, amma hələ ki, “Bizim heç vaxt nüvə silahımız olmayacaq” vədini eşitməmişik"- ABŞ Prezidenti deyib.
SAMİRƏ