Yaxın Şərqdə ardıcıl hərbi qüvvələr yerləşdirməsi ABŞ-ın bölgədəki əməliyyat potensialını əhəmiyyətli dərəcədə artırıb. Müşahidəçilərə görə, bölgədə dəniz və hava qüvvələrinin gücləndirilməsindən sonra ABŞ artıq hərtərəfli əməliyyata başlaya bilər. Bölgədəki qüvvələrin komandanlıqdan əmr aldıqdan sonra İrana zərbə endirməyə hazır olduğu bildirilir.
Keçmiş Pentaqon rəsmisi Dana Stroul ordunun uzunmüddətli və yüksək intensivlikli əməliyyata hazır olduğunu və USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin ABŞ-a qayıtdığını, lakin sonradan Yaxın Şərqə yönləndirildiyini qeyd edib.
“New York Times” qəzetinin məlumatına görə, ABŞ və İran arasında nüvə danışıqlarının üçüncü raundunun Cenevrədə keçirilməsi planlaşdırılır, eyni zamanda Tramp administrasiyası danışıqların uğursuzluğa düçar olacağı təqdirdə hərbi variantları masada saxlayır. Qəzetə danışan mənbələr iddia ediblər ki, prezident Tramp, İran rejimini, nüvə silahı istehsalı imkanlarından imtina etməyə məcbur etmək üçün "hədəf zərbəsi" variantını müzakirə edir. Qeyd edilir ki, Tramp daha sonra genişmiqyaslı hərbi zərbəyə əl atacaq.
TAHİR