ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner sağçı fəal Kventin Derankın ölümü ilə bağlı şərhlərinə görə çağırıldığı Fransa Xarici İşlər Nazirliyinə getməyib.
France24 xəbər verir ki, bu səbəbdən bundan sonra Kuşnerin Fransa hökumətinin üzvləri ilə "birbaşa görüşü"ndən imtina ediləcək və bu, Fransa Xarici işlər naziri Jan-Noel Barrotun tələbidir. Barrot səfirin missiyasının əsas tələblərini anlamamasını əsas gətirərək deyib ki, artıq onun Fransa hökumətinin üzvləri ilə birbaşa görüşünə icazə verilməyəcək.
AFP-nin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, bu qərardan sonra səfir əvəzinə Xarici İşlər Nazirliyində ABŞ səfirliyinin əməkdaşı peyda olub. Kuşnerin yoxluğu isə "şəxsi öhdəliklər"lə izah edilib.
Qeyd edək ki, Çarlz Kuşner ABŞ prezidenti Donald Trampın qızı İvanka ilə evli olan Cared Kuşnerin atasıdır. SAMİRƏ