Rusiya ABŞ-ı keçmiş Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi azad etməyə çağırır.
Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Dmitri Lyubinski BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun yüksək səviyyəli iclasında bildirib.
"Biz Vaşinqtonu Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını dərhal azad etməyə çağırırıq. Biz Venesuelanın suverenliyinə hörməti və bütün fikir ayrılıqlarının sülh yolu ilə həllini daim müdafiə edirik", - deyə Lyubinski bildirib.
O, ABŞ-ın Venesueladakı əməliyyatını həm beynəlxalq hüququn, həm də BMT Nizamnaməsinin "kobud şəkildə pozulması" adlandırıb. Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, ABŞ-ın narkotik qaçaqmalçılığına qarşı mübarizə bəhanəsi ilə Karib dənizində gəmiləri batırması da "eyni dərəcədə qəbuledilməzdir".
SAMİRƏ