ABŞ prezidenti Donald Trampın hədəfi olan İranda ötən ay etirazların pik həddə çatdığı dövrdə çevriliş cəhdi olduğu iddia edilir.
Fransanın "Le Figaro" qəzetinin xəbərə görə, İranda etirazların ən qızğın vaxtında ölkədə Xameneyini devirməyə yönəlmiş çevriliş cəhdi baş verib.
İddia olunur ki, İranın keçmiş prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla bəzi şəxslər Xameneini ölkədən çıxarmaq üçün plan hazırlayıblar.
Lakin, plan İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricaninin dəstəyini almadığı üçün uğursuz olub.
Planın açıqlanmasından sonra Ruhani və Zərifin bir neçə gün ev dustaqlığı edildiyi və bəzi islahatçı şəxslərin müvəqqəti olaraq saxlanıldığı iddia edilir.
Qeyd edilir ki, prezident Məsud Pezeşkian bütün bu hadisələrdən kənarda qalıb.
"New York Times" qəzeti isə çeriliş təşəbbüsü əngəlləyən şəxsin Əli Laricani olduğu və buna görə, onun səlahiyyətlərinin genişləndirildiyi bildirilir.
TAHİR