İran prezidentinin oğlu Yusif Pezeşkian şəhər şurası seçkilərində iştirakdan imtina edən namizədlərə müraciət edib. O, "X" hesabında paylaşım edərək seçki boykotunun demokratiya və islahatlara xidmət etmədiyini bildirib. Yusif Pezeşkian yazıb ki, "seçki qutusuna qarşı qəzəb demokratiyaya və islahatlara gətirib çıxarmır". O, atasının – İran prezidenti Məsud Pezeşkianın – vaxtilə seçkilərdə iştirakına imkan verilmədiyini xatırladıb. Onun sözlərinə görə, əgər Pezeşkian həmin qərara etiraz etməsəydi, ölkənin bugünkü vəziyyəti fərqli ola bilərdi. Pezeşkian islahatlara təsir göstərə biləcəyini düşünən, ancaq seçkidə iştirakdan imtina edən şəxsləri bu qərarlarına yenidən baxmağa və imtinaya etiraz etməyə çağırıb.
İradə SARIYEVA