Tehranda İranın ali rəhbəri Əli Xameneyinin iqamətgahı və Prezident Administrasiyasının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir. Xaricdə fəaliyyət göstərən farsdilli media orqanlarının yaydığı məlumatlara görə, həmin ərazilərdə yerləşən bir neçə məktəb bu gün əvvəlcədən rəsmi elan vermədən fəaliyyətini dayandırıb. Mənbələrin məlumatına əsasən, səhər saatlarında məktəbə gələn şagirdlər avtobuslara mindirilərək evlərinə geri göndəriliblər. Bundan əlavə, ötən gecə yerli vaxtla saat 23:00-dan sonra Xameneyinin iqamətgahının ətrafında çox sayda təcili tibbi yardım maşını, polis qüvvələri və xüsusi təyinatlıların cəmləşdiyi bildirilir. Hadisə ilə bağlı İran rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
İRADƏ