İŞİD terrorçularının ailələrinin yerləşdiyi Suriyadakı Əl-Hol düşərgəsi sonuncu qrup təxliyə edildikdən sonra bağlanıb.
RİA Novosti bu barədə Suriya mediasına istinadən məlumat verir. Kanalın məlumatına görə, sonuncu qrupa ümumilikdə 66 nəfər olmaqla 17 ailə daxil olub.
Daha öncə yerli mətbuat terror təşkilatı üzvlərinin saxlanıldığı Əl-Hol düşərgəsinin yüzlərlə sakininin Hələbin şimalındakı Axtarin şəhərindəki düşərgəyə köçürüldüyünü bildirib.
"Financial Times" qəzeti 19 fevralda Əl-Hol düşərgəsindən 24 mindən çox məhbusun ərazi Suriya hökumətinin nəzarəti altına keçdikdən sonra "səssizcə yoxa çıxdığını" bildirib.
Qeyd edək ki, 2019-cu ildə yaradılan Əl-Hol düşərgəsi İŞİD terror qruplaşmasının mirası ilə əlaqəli ən böyük və ən problemli obyekt hesab olunurdu. Suriyada İŞİD məhv edildikdən sonra düşərgədə 70 mindən çox insan - yaraqlıların qadınları və uşaqları, eləcə də ekstremist strukturlarla əlaqəli olduğu güman edilən şəxslər saxlanırdı.
SAMİRƏ