Meksikada ölkənin ən böyük cinayətkar təşkilatlarından biri olan Xalisko Yeni Nəsil Kartelinin (XYNQ) lideri və dünyanın ən çox axtarışda narkotik qaçaqmalçılarından biri olan "El Menço" ləqəbli Nemesio Oseguera hərbi əməliyyat zamanı öldürülüb.
"El Menço"nun öldürülməsindən sonra cinayətkar qruplaşma üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb. Ölkənin bir çox ştatında zorakılıqlar başlayıb. Qruplaşma üzvləri bir çox obyekt və nəqliyyat vasitələrini yandırıblar.