Aİ xarici işlər naziri Kaja Kallasın təqdim etdiyi Aİ-nin Rusiyaya qarşı tələblər siyahısı bu ölkədə ictimai etiraza səbəb olub. Sənədə görə, Aİ-nin baş diplomatı Kremldən silahlı qüvvələrinin sayını azaltmağı, Belarus, Dnestryanı, Gürcüstan və Ermənistandan qoşunları çıxarmağı və təzminat ödəməyi tələb etmək niyyətindədir.
Polşa jurnalistlərinin sözlərinə görə, Moskvanın buna reaksiyası özünü gözlətməyib - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Aİ-nin tələblərinə cavab olaraq Kaja Kallası lağa qoyub, onun səlahiyyətlərini şübhə altına alıb və hətta Qərb diplomatlarının da onunla görüşməkdən çəkindiyini qeyd edib.
Keçmiş Rusiya prezidenti zarafatla bildirib ki, hətta bir çox Avropa ölkəsinin xarici işlər nazirləri Kaja Kallasla əlaqə saxlamaqdan imtina edir. “Görünür, onlar onun səviyyəsinə enməyi uyğun hesab etmirlər. Üstəlik, ABŞ dövlət katibi onun kim olduğunu belə bilmir”- o deyib.
Medvedevin bu sözləri isə Polşada qəzəb doğurub. Jurnalistlər qeyd edirlər ki, Kallas Rusiya nümayəndəsi tərəfindən tənqid edilən yeganə Avropa rəsmisi deyil. O, bir çox Qərb liderləri haqqında kəskin fikirlər söyləyib, hətta Almaniya kansleri Fridrix Merzin qaçırıla biləcəyinə işarə edib.
SAMİRƏ