Pentaqon Yaxın Şərqdəki ABŞ hərbi hava bazalarına əlavə 70 Amerika təyyarəsi yerləşdirib. Yeni qırıcı təyyarələr Trampın gərginliyin artması fonunda İran yaxınlığındakı sularda təyyarədaşıyan gəmilərin yerləşdirilməsi əmrindən sonra gəlib.
Financial Times-in peyk görüntülərinə istinadən xəbərinə görə, hazırda İordaniyadakı Müvəffəq Salti hava bazasında ən azı 66 qırıcı təyyarə yerləşdirilib. Eyni zamanda, Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasında da hərbi təyyarələrin sayı artıb. Burada həmçinin, Boeing E-3 Sentry hava hücumundan erkən xəbərdarlıq və idarəetmə təyyarələri, eləcə də C-130 və C-5 nəqliyyat təyyarələrinin olduğu bildirilir.
Analitiklər qeyd edir ki, ABŞ hazırda 2003-cü il işğalından bəri ən böyük dəniz qüvvələrini Yaxın Şərqdə cəmləşdirib. Dənizdə olan və döyüş missiyaları həyata keçirən 51 ABŞ hərbi gəmisindən 18-i - yəni 35%-i regiondadır.
SAMİRƏ