Rusiyanın intensiv hücumlarına cavab olaraq, Ukrayna ordusu Zaporojye və Dnepropetrovskda əks-hücuma başlayıb.
Ukrayna Ordusunun Hava Hücum Qüvvələrinin sosial media hesabında açıqlanan məlumatında əks-hücumun məqsədinin Rusiya ordusunu Dnepropetrovsk bölgəsinin inzibati sərhədlərindən çıxarmaq və Zaporojye bölgəsində irəliləməsini dayandırmaq olduğu qeyd edilib: "Hava hücum qüvvələri bölməsi Oleksandrivka (Dnepropetrovsk bölgəsindəki yaşayış məntəqəsi) istiqamətində əməliyyat keçirir".
Açıqlamada Rusiyanın intensiv hücumlarına baxmayaraq, əks-hücumun davam etdiyi bildirilir və qeyd edilir ki, hava hücum qüvvələri, bölgədəki digər bölmələrlə birlikdə, əməliyyatın başlanğıcından bəri 300 kvadrat kilometrdən çox əraziyə nəzarəti bərpa edib.
Qeyd olunur ki, bölgədəki əks-hücum nəticəsində 8-dən çox yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarəti altına qaytarılıb: "Əməliyyatın aktiv mərhələsi davam etsə də, onun yekun nəticələri barədə danışmaq hələ bir az tezdir".
TAHİR