Bir nəfər gecə ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Lago iqamətgahına icazəsiz girməyə cəhd edib.
İqamətgahı qoruyan Gizli Xidmət agentləri 20 yaşlarında olduğu düşünülən şübhəlini güllələyiblər. Şübhəli müdaxilədən sonra öldürülüb.
Gizli Xidmət şübhəlinin şimal qapısından girməyə cəhd etdiyini və üzərində ov tüfəngi və yanacaq balonuna bənzər bir əşya çıxdığını bildirib.
Hadisə zamanı Trampın Vaşinqtonda olduğu bildirilir. Şübhəlinin iqamətgaha niyə girməyə cəhd etdiyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
TAHİR