ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun dediyinə görə, Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı danışıqlarda yaxşı xəbər gözlənilir.
O, “Fox News”a verdiyi müsahibədə deyib ki, o və Cared Kuşner hər iki tərəfə bir neçə təklif təqdim ediblər. Növbəti üç həftədə görüşün keçirilməsi gözlənilir ki, bu da Zelenski ilə Putin arasında zirvə görüşü ilə nəticələnə bilər.
Uitkoff belə bir zirvə görüşü keçiriləcəyi təqdirdə Donald Trampın da iştirak edəcəyini istisna etmir.
TAHİR